Argentina məhkəməsi Nikaraqua prezidenti Daniel Orteqa və vitse-prezident və həyat yoldaşı Rosario Murillonun həbsinə order verib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə argentinalı hüquqşünas Daryl Richarte "X" sosial şəbəkəsində məlumat yayıb.
"Məhkəmə dindirilməyə çağırışlarına cavab verməyən Daniel Orteqa, Rosario Murillo və daha 12 nəfər haqqında həbs qərarı, beynəlxalq axtarış qərarı qəbul etdi", - hüquqşünas deyib.