Böyük Britaniyanın baş naziri Keir Starmer amerikalı sahibkar İlon Maskın onun İngiltərənin şimalında yetkinlik yaşına çatmayanlara qarşı seksual cinayətlər törətməsinə dair ittihamlarını yalanlayıb.
Teleqraf.com xəbər verir ki, baş nazirin mövqeyini "Sky News" agentliyi dərc edib.
“Mümkün qədər yalan və dezinformasiya yayanları qurbanlar maraqlandırmır. Onlar yalnız özləri ilə maraqlanırlar”, - baş nazir mətbuat konfransında deyib.
Starmer vurğulayıb ki, o, siyasətdəki atışmaları və qızğın müzakirələri sevir. Lakin onlar yalan deyil, faktlara və həqiqətə əsaslanmalıdırlar.
Bundan əvvəl Mask Britaniyanın baş nazirini krallıqda qızların kütləvi zorlanmasında şərik olmaqda ittiham etmişdi.