6 Yanvar 22:32
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa prezidenti Emmanuel Makronu sahibkar İlon Maskla bağlı açıqlamalarına görə tənqid edib.

Teleqraf.com xəbər verir ki, Zaxarova Makronun çıxışını öz Teleqram kanalında şərh edib.

“"X" sosial şəbəkəsi hələ “Twitter” adlananda və təkcə seçkilərə müdaxilə etmək üçün deyil, həm də “rəngli inqilablar” və “Ərəb baharı”nı təkşil etmək üçün - sadə dillə desək, bir sıra ölkələrdə hakimiyyət dəyişikliyi üçün istifadə olunanda Paris buna əhəmiyyət vermədi”, - Zaxarova öz şərhində qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi xatırladıb ki, rəsmi Paris yüz minlərlə qaçqının miqrasiyasına səbəb olan bu müdaxilələrə seyirci qalıb və bir sıra ölkələrdə hakimiyyət dəyişikliyini bütün gücü ilə dəstəkləyib.


Müəllif: Arzu

Oxşar xəbərlər