HƏMAS-ın silahlı qolu olan İzzəddin əl-Kassam briqadası İsrailin işğalı altında olan Qərbi Şerianın Kalkilya şəhərinin əl-Fenduk kəndi yaxınlığındakı avtomobilləri atəşə tutub. Nəticədə 3 nəfər ölüb, 9 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, İzzəddin əl-Kassam briqadasının sözçüsü Əbu Ubeydə hücumu təqdir edib. "İsrailin Qərbi Şeriadakı müsəlmanların haqlı tələblərini boğmaq cəhdləri baş tutmayacaq".
Hücumun məqsədinin qisas xarakterli olduğu bildirilir.