Cənubi Koreya polisi prezident Yun Sok-Yolun həbs orderinin icrasından imtina edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Yonhap” nəşri məlumat yayıb.
Xüsusi istintaq qrupunun rəis müavini bildirib ki, Korrupsiyaya Qarşı Mübarizə üzrə Baş İdarədən verilən bildiriş hüquqi baxımdan mübahisəli məzmun daşıyır.
Bu səbəbdən ölkə polisi prezidentin həbs orderinin icrasına dair məsuliyyəti öz üzərinə götürməyib.
Məlumata görə, sözügedən sərəncamın müddəti bu gün başa çatır.
Baş idarə sənədin müddətinin uzadılması üçün məhkəməyə müraciət etmək niyyətindədir.
Xatırladaq ki, ötən həftə Seul məhkəməsi Cənubi Koreyada hərbi vəziyyətin tətbiqi qərarına görə fəaliyyəti müvəqqəti dayandırılmış prezident Yun Seok-Yeolun həbsinə qərar verib.