HƏMAS Qəzza zolağında atəşkəs çərçivəsində 34 israilli girovun azad edilməsi ilə razılaşıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Asharq” kanalı təşkilatdakı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, İsrailin təqdim etdiyi və HƏMAS-ın təsdiqlədiyi siyahı danışıqların son raundunda razılaşdırılmış meyarlara tam cavab verir.
Sözügedən siyahıya qadınlar, uşaqlar və xəstə şəxslər daxildir.
Qruplaşma azad olunması nəzərdə tutulan şəxslərin sağ olub-olmadığının yoxlanması üçün təxminən 1 həftə vaxt lazım olduğunu qeyd edib.
Xatırladaq ki, 2023-cü ildə Misir və Qətərin vasitəçiliyi ilə əldə olunmuş 1 həftəlik humanitar atəşkəs çərçivəsində 110 israilli girov azad edilib.