6 Yanvar 22:13
275
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın daxili işlər və xarici ərazilər naziri Bruno Retayo hüquq-mühafizə orqanlarına terror hücumları təhlükəsi ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirməyi əmr edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.

“Terror təhlükəsinin artdığını nəzərə alaraq, kütləvi mədəniyyət, idman və ya əyləncə tədbirləri zamanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tapşırıram”, - agentlik nazirin sözlərindən sitat gətirib.

Retayo xatırladıb ki, Almaniya və ABŞ-də baş verən son terror aktları vəziyyətin ciddiliyindən xəbər verir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər