6 Yanvar 13:22
5 773
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi bəllidir.

Teleqraf.com xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

Qurumun sözçüsü Türkiyə və İran arasında sərhəddən yük maşınlarının keçidi ilə bağlı yaranmış problemlərlə bağlı qeyd edib:

“Bu, siyasi yox, texniki məsələdir və əsasən nəqliyyat və yanacaq təchizatı qurumları buna cavabdehdir. Nəqliyyat məsələsinin hər iki ölkə üçün vacib olduğunu nəzərə alaraq, bizim və Türkiyənin səyləri bu məsələnin həllinə yönəlib. Yaxın vaxtlarda məsələni yaxından müzakirə etmək üçün aidiyyəti qurumların və nəzarət orqanının nümayəndələrinin iştirakı ilə bizim tərəfdən Türkiyəyə nümayəndə heyəti gedəcək”.

O əlavə edib ki, hər iki ölkə nəqliyyat məsələsinin vacibliyini nəzərə alaraq, bu problemin həlli üçün birgə səylər göstərir.

Zəngəzur dəhlizi məsələsinə gəlincə, Bəqayi bildirib:

“İranın mövqeyi sabitdir. Biz nəqliyyat sahəsində əməkdaşlığın genişlənməsini alqışlamaqla yanaşı, ölkələrin suveren hüquqlarına hörmət edilməli olduğunu vurğulayırıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər