6 Yanvar 12:49
5 268
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyaya yardımın verilməsi məsələsi yeni hökumətin qadınların hüquqlarına hörmətindən asılıdır.

Teleqraf.com xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Annalena Berbok deyib.

“Əgər Suriyada qadınlar təhlükəsiz deyilsə, buna ehtiyacı olan milyonlarla savadlı kişi və qadın ölkəni yenidən qurmaq üçün heç vaxt xaricdən vətənlərinə qayıtmayacaqlar”, - xarici işlər naziri vurğulayıb.

Berbok qeyd edib ki, Avropa İttifaqı (Aİ) Suriyaya dini strukturlar üçün pul göndərməyəcək: “Mən bunu “Heyət Təhrir əş-Şam” liderlərinə daha aydın şəkildə bildirmişəm”.

Nazir iddia edib ki, onun müdafiə etdiyi feminist siyasətin niyə bu qədər vacib olduğu məhz Suriyada aydın olur:

“Qadın hüquqları nə qədər sıxışdırılırsa, bütövlükdə cəmiyyət bir o qədər avtoritar və radikallaşır.

Əhalinin yarısının hüquqlarını inkar edən hər kəs çətin ki, etnik və dini qruplara hörmətlə yanaşsın və heç vaxt ölkənin iqtisadi potensialından istifadə edə bilməyəcək”.

Xatırladaq ki, Berbok ötən həftə fransalı həmkarı Jan-Noel Barro ilə Suriyaya səfər edib. Avropalı nazirlər Dəməşqdə Suriyanın yeni lideri Əhməd əş-Şara ilə görüşüblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər