6 Yanvar 22:27
406
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada yerləşən terror qruplaşmalarına qarşı istənilən vaxt əməliyyatların keçirilə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə Nazirlər Kabinetinin iclasından sonra xalqa videomüraciətində danışıb.

"Bölgənin gələcəyində terrora yer yoxdur. Terror və zorakılıq lehinə seçim edənləri gözləyən yeganə aqibət silahları ilə birlikdə torpağa basdırılmaqdır. Bizi bundan heç bir qüvvə saxlaya bilməz", - Ərdoğan deyib.

Türkiyə prezidenti Suriyadakı terror qrupları dedikdə İŞİD, eləcə də Kürdüstan Fəhlə Partiyası və onun Suriya qolunu Xalq Müdafiə Qüvvələrini nəzərdə tutub.


Müəllif: Arzu

Oxşar xəbərlər