6 Yanvar 12:36
1 114
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son dövrlərdə bir çox vətəndaş saxta kirayə ev elanlarının qurbanı olur.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) saxta kirayə ev elanları ilə bağlı vətəndaşlara müraciətində bildirilib.

"Elanı diqqətlə yoxlayın. Təklif çox ucuz görünərsə, ehtiyatlı olun. Qanuni sənədlər tələb edin. Əvvəlcədən ödəniş etməyin. Mənzili şəxsən görmədən razılaşma sənədi imzalamayın. Sizi aldatmaq istəyənlərə qarşı tədbirli olun! Əmin olmadığınız hallarda DİN-in 102 Zəng mərkəzinə, ərazi polis orqanlarına müraciət edin. Qanuni yaşayış üçün hər zaman təhlükəsiz yoldan gedin", - deyə məlumatda vurğulanır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər