Xalq artisti Ələddin Abbasovun nəvəsi İlahə Abbasova vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə teatrşünas Anar Bürcəliyev məlumat verib.
O qeyd edib ki, İlahə Abbasova 43 yaşında qan xərçəngi səbəbindən dünyasını dəyişib.
Abbasova eyni zamanda Gəncə Dövlət Milli Dram Teatrının quruluş hissə müdiri Oktay Abbasovun qızı və teatrın aktyoru Samir Abbasovun bacısıdır.
Qeyd edək ki, Ələddin Abbasov "Mən ki gözəl deyildim" (İmran), "Özgə vaxt" (Ata), "Qatır Məmməd" (Məşədi Göyüş) və sairə bədii filmlərə çəkilib. Ən məşhur ekran rolu "Dəli Kür" filmində Cahandar ağa obrazıdır.