Rusiya ordusu bütün cəbhə xətti boyunca hücumlarını davam etdirir və bir sıra istiqamətlərdə irəliləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə “DeepState” məlumat yayıb.
Mənbə rus qoşunlarının son sutka ərzində Ukraynanın Donbas bölgəsinin bir sıra yaşayış məntəqələrində irəlilədiyini bildirib:
“Düşmən Toretsk, Zeleni, Petropavlivka, Vozdvijenka, Baranivka və Pişçanı yaxınlığında irəliləyib”.