Avropa Komissiyası Ukrayna ərazisindən qaz tranziti ilə bağlı yaranan problemlərin müzakirəsi üçün keçirilməsi nəzərdə tutulan iclası ləğv edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Slovakiya hökumət idarəsi məlumat verib.
"Ukrayna tərəfinin sabahkı danışıqlarda iştirak etməyəcəyini nəzərə alaraq, Avropa Komissiyası iclası ləğv etmək qərarına gəlib", - məlumatda deyilir.
Qeyd olunur ki, Avropa Komissiyası görüşün baş tutması üçün başqa tarix axtarır.