Amerika Birləşmiş Ştatları Rusiyanı Ukraynadakı münaqişənin həlli üçün danışıqlar masasına oturmağa inandırmalıdır.
Teleqraf.com xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron Parisdə səfirlərin iştirakı ilə keçirilən konfransda danışıb.
“Birləşmiş Ştatlar vəziyyətin mahiyyətini dəyişməkdə bizə kömək etməli və Rusiyanı danışıqlar masasına oturmağa inandırmalıdır”, - deyə o bildirib.
Eyni zamanda, Makron Ukrayna rəhbərliyini ərazi məsələlərində real müzakirələr aparmağa çağırıb. Onun sözlərinə görə, Kiyev mövcud reallıqları nəzərə alaraq ərazi məsələlərini Moskva ilə müzakirə etməli olacaq.