6 Yanvar 12:15
2 863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya ABŞ dövlət katibi Entoni Blinkenin səfəri zamanı dənizə ortamənzilli (1100 km) ballistik raket buraxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Buraxılışdan bir neçə saat sonra mətbuat konfransında danışan Blinken bildirib ki, bu, ABŞ, Cənubi Koreya və Yaponiya arasında real vaxt rejimində raketlərlə bağlı məlumatların mübadiləsi və üçtərəfli hərbi təlimlər də daxil olmaqla, əməkdaşlığın vacibliyini göstərir.

“Bugünkü buraxılış bizim birgə işimizin nə qədər vacib olduğunu xatırladır”, - ABŞ-ın baş diplomatı belə deyib.

Blinken Pxenyanın Moskva ilə əlaqələrini dərinləşdirdiyini də qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər