6 Yanvar 10:52
4 296
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ yeni hökumətə jest olaraq Suriyaya yardım məhdudiyyətlərini yüngülləşdirəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.

Nəşr yazır ki, Bayden administrasiyası bu gün ABŞ-ın Suriyaya humanitar yardımına qoyulan məhdudiyyətləri yüngülləşdirəcəyini, yeni hökumətə digər yardımları məhdudlaşdıran sanksiyaları ləğv etmədən əsas malların çatdırılmasını sürətləndirəcəyini elan etməyi planlaşdırır.

WSJ rəsmilərə istinadla bildirir ki, ötən həftəsonu administrasiya tərəfindən təsdiqlənən addım Xəzinədarlıq Departamentinə su, elektrik enerjisi və digər humanitar ləvazimatlar kimi zəruri ehtiyacları təmin edən yardım qrupları və şirkətlərə güzəştlər etmək səlahiyyəti verir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər