6 Yanvar 22:19
295
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndoneziya BRİKS-ə tamhüquqlu üzvü kimi qoşulub.

Teleqraf.com xəbər verir ki, bu barədə assosiasiyaya sədrlik edən Braziliya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Braziliya hökuməti bu gün, yanvarın 6-da İndoneziya Respublikasının BRİKS-ə tamhüquqlu üzv kimi rəsmi daxil olduğunu elan edir", - departamentin mətbuat xidmətindən bildirilib.

Bəyanatda həmçinin qeyd olunub ki, İndoneziyanın namizədliyi 2023-cü ilin avqustunda Cənubi Afrikada keçirilən Yohannesburq sammitində təsdiq edilib.


Müəllif: Arzu

Oxşar xəbərlər