Suriya mediası Dəməşqə gələn Almaniya xarici işlər naziri Annalena Berbokun səfər şəkillərini retuş edərək yayımlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Xüsusilə, “Almharar” kanalı Almaniyanın xarici işlər nazirinin bulanıqlığa görə tanınmasının çətin olduğu fotolar paylaşıb. Amma onun fransalı həmkarı Jan-Noel Barro Suriya rəsmilərinin yanında retuşsuz təsvir olunub.
“Almharar” ölkədə hakimiyyəti öz əlinə almış ən böyük müxalifət hərəkatı olan Azad Suriya Ordusuna bağlıdır.
Həmçinin Suriyanın rəsmi xəbər agentliyi “Sana” şəkilləri retuş etmədən yayıb.
Alman nəşri əlavə edib ki, səfər zamanı Suriyanın yeni lideri Əhməd əş-Şara qadın olduğu üçün Almaniya xarici işlər nazirinin əlini sıxmaqdan imtina edib.