Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş müdafiə və təhlükəsizlik məsələlərini də əhatə edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai məlumat verib.
"İran və Rusiya arasında əməkdaşlıq sazişinin müxtəlif aspektləri var. Onun mühüm hissəsi iqtisadi-ticari, enerji, eləcə də müdafiə və təhlükəsizlik məsələləridir. Bu müqavilə 2001-ci il tarixli “Moskva ilə Tehran arasında münasibətlər və əməkdaşlıq prinsipləri” haqqında sazişi yeniləyəcək və bəzi əlavələri əhatə edəcək”, - deyə diplomat həftəlik brifinqdə bildirib.