İndoneziya hökuməti ölkədə boy artımı və qida çatışmazlığı ilə mübarizə məqsədilə uşaqlar və hamilə qadınları pulsuz yeməklə təmin edən proqrama start verib.
Teleqraf.com xəbər verir ki, hökumət “Pulsuz Qida” proqramının 2025-ci il büdcəsindəki payının təxminən 4,3 milyard dollar dəyərində olduğunu açıqlayıb.
Boy artımı və qida çatışmazlığı ilə mübarizə məqsədilə həyata keçirilən proqrama ölkədə uşaq və hamilə qadınların pulsuz yeməklə təmin edilməsi daxildir.
İndoneziya Milli Qida Agentliyinin prezidenti Dadan Hindayana bildirib ki, məqsədləri bu il 19 milyondan çox uşaq və hamilə qadına çatmaqdır.
Hindayana proqram çərçivəsində veriləcək qidaya düyü, toyuq, mal əti, balıq, tərəvəz, meyvə və südün daxil olduğunu deyib.
Qurum rəhbəri şagirdlərə yemək paylanmasını asanlaşdırmaq üçün hər məktəbə bir qrup göndərdiklərini və orta məktəb səviyyəsinə qədər hər şagird üçün yemək təmin edəcəklərini vurğulayıb.
Təxminən, 282 milyon əhalisi olan İndoneziyada boy artımı problemi uşaqların 21,5 faizinə təsir edir, hökumət bu nisbəti 2045-ci ilə qədər 5 faizə endirməyi hədəfləyir.
BMT-nin Uşaq Fondunun (UNICEF) 2023-cü il hesabatına görə, İndoneziyada 5 yaşa qədər hər 5 uşaqdan 1-i inkişafdan geri qalır.