7 Yanvar 20:36
247
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tibet Muxtar Bölgəsində zəlzələ nəticəsində ölənlərin sayı 126 nəfəri ötüb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Hadisə nəticəsində 188 nəfər yaralanıb.

Bundan əvvəl Çin Mərkəzi Televiziyası azı 95 nəfərin öldüyünü, 130 nəfərin yaralandığını bildirmişdi.

Seysmik aktivlik bir çox yaşayış binalarının və infrastrukturun dağılmasına səbəb olub. Axtarış-xilasetmə əməliyyatlarında 400-dən çox hərbçi iştirak edir. İnsanlar təbii fəlakət zonasından təxliyə edilib. Çin prezidenti Si Cinpin bu təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün maksimum səy göstərilməsi barədə göstəriş verib.


Müəllif: Arzu

Oxşar xəbərlər