“Ağdam şəhərində Mərkəzi parkın tikintisi işləri”nin satın alınması üzrə tender elan edilib.
Teleqraf.com Dövlət Satınalmalar Agentiliyinə istinadə xəbər verir ki, işlər üzrə ehtimal edilən qiymət 8.752.060,49 manatdır.
Təchizatçılar təklifləri təqdim etmək üçün 25 manat istifadə haqqı, 1500 manat iştirak haqqı ödəməlidirlər.
Satınalan təşkilat “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsdir. Təkliflərin son təqdim olunma tarixi 17 yanvardır.