8 Yanvar 11:31
232
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Heç kəs gürcü xalqını sanksiyalarla qorxuda bilməz, çünki ictimaiyyət yaxşı anlayır ki, heç bir sanksiya ölkənin məhvi ilə müqayisə oluna bilməz".

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının Siyasi Şurasının bəyanatında deyilir.

Qeyd olunub ki, heç kəs Gürcüstan hökumətini hər hansı bir sanksiya bahasına dağıdıcı müharibəyə qurban verməyə məcbur edə bilməz.

"Gürcü xalqı hər hansı sanksiyalar bahasına Gürcüstanın Ukraynaya çevrilməsinə yol verməyəcək", - bəyanatda deyilir.

Sənəddə vurğulanıb ki, gürcü siyasətçiləri və məmurlarına qarşı sanksiyalar sülh uğrunda mübarizə ilə bağlıdır.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər