Amerikanın Alyaska ştatının rəsmiləri prezident Cozef Baydenin administrasiyasına qarşı iddia qaldırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, buna səbəb federal hökumətin neft və qazın işlənməsi ilə bağlı tətbiq etdiyi məhdudiyyətlər olub.
Məlumata görə, Alyaska ştatı dekabrda neft və qaz yataqlarının işlənməsi üçün icarələrin verilməsini məhdudlaşdıran qərardan narazı qalıb.
Qərar 400.000 akr (162.000 hektar) ərazinin istifadəsini qeyri-mümkün edir.
Tədbirlər, həmçinin Alyaskadakı Arktika Milli Vəhşi Təbiət Qoruğunda (ANWR) gələcək neft kəşfiyyatı və qazma işlərinin ciddi şəkildə məhdudlaşdırılmasını nəzərdə tutur.
Qeyd edək ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra Bayden tərəfindən enerji istehsalına qoyulan bütün məhdudiyyətləri ləğv edəcəyinə dair söz verib.
O, həmçinin neft və qaz hasilatı üçün Arktika Milli Vəhşi Təbiət Qoruğunu yenidən açacağını bəyan edib.