7 Yanvar 20:30
293
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin yeni prezidenti Donald Tramp oğlu kiçik Donald və onun nümayəndə heyətinin Qrenlandiyada gözəl qarşılandığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Tramp bu barədə "Tramp Truth" sosial şəbəkəsində yazıb.

O, həmçinin Danimarka muxtariyyətinin Birləşmiş Ştatlara daxil olması üçün razılaşmanın zəruriliyini vurğulayıb.

"Jr.Donald və mənim nümayəndələrim Qrenlandiyaya endi. Onlar çox yaxşı qarşılandılar. Qrenlandiya və azad dünyanın təhlükəsizlik, müdafiə, güc və sülhə ehtiyacı var. Bu sövdələşmə baş verməlidir. Gəlin Qrenlandiyanı yenidən möhtəşəm edək", - Tramp bildirib.

Daha əvvəl Danimarkanın Baş naziri Mette Frederiksen Qrenlandiyanın gələcəyini adanın sakinlərinin müəyyən etməli olduğunu bildirib və ABŞ-ın yeni prezidenti Donald Trampın təklifini rədd etmişdi.


Müəllif: Arzu

Oxşar xəbərlər