00:55
224
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin müdafiə naziri Lloyd Ostin prezident Co Bayden administrasiyasının dövründə Ukraynaya səfər etməyi hələ planlaşdırmayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Pentaqon rəhbəri Ukrayna üzrə təmas qrupunun yanvarın 9-da keçiriləcək sonuncu iclasında iştirak etmək üçün şəxsən Almaniyaya səfər edəcək.

Pentaqondan həmçinin bildirilib ki, Ukraynaya dəstək üçün təmas qrupu yanvarın 9-da respublika silahlı qüvvələrinin 2027-ci ilə qədər havada, quruda və dənizdə hərbi ehtiyaclarını təsdiq edəcək.


Müəllif: Arzu

Oxşar xəbərlər