Naməlum silahlı şəxslər Çadın paytaxtı Ncamena şəhərində prezident sarayına hücum ediblər.
Teleqraf.com "AFP" istinadən xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik xidməti məlumat yayıb.
Qeyd olunub ki, atışma yerli vaxtla 20:45 (Bakı vaxtı ilə 23:45) radələrində başlayıb.
Çad rəsmiləri insidentlə bağlı açıqlama verməyib.