Rumıniyada təkrar prezident seçkilərinin tarixi açıqlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rumıniyada Sosial Demokrat Partiyası, Milli Liberal Partiyası və Macarların Demokratik İttifaqından ibarət hakim koalisiya liderlərinin bəyanatında məlumat verilib.
“Koalisiyanın builki ilk iclasında siyasi partiyalar prezident seçkilərinin birinci turunun mayın 4-də, ikinci turunun isə mayın 18-də keçirilməsi ilə bağlı razılığa gəliblər”, - məlumatda bildirilir.