Ukrayna Silahlı Qüvvələrinin pilotları Kanada, Fransa, Böyük Britaniya, Danimarka və Rumıniyada "F-16" qırıcılarını idarə etmək üçün təlim keçiblər.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu brifinq zamanı Pentaqonun yüksək rütbəli rəsmisi bildirib.
Pentaqonun nümayəndəsinin sözlərinə görə, Ukraynaya ümumilikdə 79 qırıcı vəd edilib ki, bu da Belçika, Danimarka, Hollandiya və Norveç tərəfindən çatdırılmalıdır .