ABŞ lideri Co Bayden Kaliforniyada meşə yanğınları səbəbindən İtaliyaya səfərini təxirə salıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Qeyd edək ki, Bayden İtaliyaya səfəri zamanı Romadan Ukraynaya dəstəyi artırmağın yollarını müzakirə edəcəkdi.
Kaliforniyada yanğınların ümumi sahəsi 10 min hektarı ötüb və artmaqda davam edir.
Yanğın 1000-dən çox binanı yararsız vəziyyətə salıb, ən azı iki nəfərin ölümünə səbəb olub. Los Ancelesdə 950.000-dən çox abunəçi işıqsız alıb.
Bayden Kaliforniya ştatında böyük fəlakət rejimi elan edilməsi ilə bağlı sərəncam imzalayıb.