8 Yanvar 23:36
243
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa İttifaqından və demokratiya prinsiplərindən uzaqlaşan Gürcüstanla bağlı ABŞ, Fransa və digər Qərb ölkələri ümumi məqsədlər güdürlər”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə Parisdə keçirdiyi birgə mətbuat konfransında deyib.

Dövlət katibi ABŞ-nin hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişviliyə, həmçinin hökumət üzvlərinə qarşı sanksiyalar tətbiq etdiyini və hökumətə yardımı dayandırdığını xatırladıb.

“Fransa daxil olmaqla, ATƏT üzrə bütün tərəfdaşlarımızla Vyana mexanizmini işə salmışıq ki, Gürcüstanda atılmış addımlar, həmçinin vətəndaş cəmiyyətinin ifadə azadlığı məkanını məhdudlaşdıran qanunun qəbulu ləğv edilsin. Hesab edirəm ki, siz Gürcüstan hakimiyyətinin çox acınacaqlı hərəkətləri fonunda ABŞ, Fransa və bir çox başqa ölkələr arasında aydın birliyi görürsünüz”, - A.Blinken söyləyib.

O əlavə edib ki, Paris və Vaşinqton Tbilisinin demokratik prinsiplərdən uzaqlaşmasından çox narahatdır.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər