Qazaxıstanda 39 maqnit topu udan uşaq əməliyyat edilib.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, hadisə Akmola vilayətində baş verib.
Dörd yaşlı uşaq qarın ağrısı və qusma şikayətləri ilə tibb müəssisəsinə aparılıb. Müayinə zamanı həkimlər uşağın bağırsaqlarında yad cisimlərin yığıldığını aşkar ediblər.
Uşağın xilas edilməsi əməliyyatı 5 saat davam edib.