8 Yanvar 23:45
233
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması ilə bağlı vəziyyətə görə Avropa İttifaqı Kiyevə dəstəyini azalda bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə "Forbes" jurnalı hazırladığı materialda deyib.

“Ukraynanın avropalı qonşuları Zelenskinin daha çox hərbi yardım tələblərinə daha az reaksiya verə bilər, çünki onların büdcələri əhəmiyyətli dərəcədə yüksək təbii qaz qiymətlərinə xərclənəcək", - nəşr bildirib.

Nəşr vurğulayır ki, Ukrayna Rusiya qazı və neftinin tədarükünü dayandırdıqdan sonra Avropada təbii qazın qiyməti 4% artıb.


Müəllif: Arzu