Ölkə əhalisinin sayı ötən ilin əvvəlindən 41232 nəfər və ya 0,4 faiz artaraq 2024-cü il dekabr ayının 1-i vəziyyətinə 10222002 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Əhalinin 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edib.