20:36
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO müvafiq təhlükəsizlik zəmanəti verməsə, münaqişə bitdikdən sonra Latviya öz qoşunlarını Ukraynaya göndərməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu respublikanın Baş naziri Evika Silina "Der Spiegel" jurnalına Latviya qoşunlarını Ukraynaya göndərib-göndərməyəcəyi ilə bağlı suala cavabında deyib.

"Bu əsgərlərə təhlükəsizlik zəmanətini kimin verəcəyindən asılıdır. Məsələn, NATO-dan təminat olmadan bunu etməyəcəyik", - o bildirib.

Eyni zamanda, Latviyanın baş naziri Avropa qoşunlarının Ukraynada atəşkəsin təmin edilməsində iştirak edə biləcəyini nəzəri cəhətdən mümkün adlandırıb.

"Bu, tamamilə mümkündür. Ancaq sual ukraynalıların bunu həqiqətən də istəməsidir", - Silina vurğulayıb.


Müəllif: Arzu

Oxşar xəbərlər