23 Yanvar 23:06
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrlandiya parlamenti ölkənin yeni Baş nazirini seçib.

Teleqraf.com xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Mixol Martin 2022-ci ildən sonra yenidən növbəti üç il müddətinə ölkənin Baş naziri olub.

Martinin bu vəzifəyə təyin olunmasına parlamentin 95 üzvü səs verib. İrlandiya Prezidenti Maykl Hiqqs onu qəbul edəcək, sonra isə yeni Baş nazir hökuməti formalaşdıracaq.

Qeyd edək ki, Mixol Martin bundan əvvəl 2020-2022-ci illərdə də ölkənin Baş naziri olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər