02:04
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Çempionlar Liqasında VII turun son 9 oyunu keçirilib.

Teleqraf.com-un məlumatına görə, gecənin mərkəzi görüşü Fransada PSJ və İngiltərənin "Mançester Siti" komandaları arasında olub. Qarşılaşma meydan sahiblərinin əzmkar qələbəsi ilə yekunlaşıb - 4:2. Qolların hamısı fasilədən sonra vurulub. Qonaq komanda 2 qolla irəli keçsə də, parislilər geridönüş etməyi bacarıblar. Bununla da PSJ xalını 10-a çatdıraraq, "pley-off" şanslarını qoruyub. 8 xala malik "Mançester Siti" isə "24-lüy"ü tərk edib.

Son qalib "Real Madrid" isə İspaniyada Avstriya "Zaltsburq"unu 5:0 hesabı ilə darmadağın edərək, xalını 12-yə yüksəldib.

Gecənin sensasiyası Almaniya "Bavariya"sının Niderlandda "Feyenoord"a böyük hesabla məğlubiyyəti olub - 0:3.

UEFA Çempionlar Liqası, VII tur
22 yanvar

21:45. "Leyptsiq" (Almaniya) - "Sportinq" (Portuqaliya) - 2:1
Qollar: Benyamin Şeşko, 19. Yussuf Poulsen, 78 - Viktor Dyokereş, 75

21:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Brest" (Fransa) - 2:0
Qollar: Kevin, 18. Georgi Sudakov, 37 (penalti ilə)

00:00. PSJ (Fransa) - "Mançester Siti" (İngiltərə) - 4:2
Qollar: Usman Dembele, 56. Bredli Barkola, 61. Joau Neveş, 78. Qonsalu Ramuş, 90+3 - Cek Qriliş, 50. Erlinq Holann, 53

00:00. "Milan" (İtaliya) - "Jirona" (İspaniya) - 1:0
Qol: Rafael Leau, 37

00:00. "Feyenoord" (Niderland) - "Bavariya" (Almaniya) - 3:0
Qol: Santyaqo Ximenes, 21; 45+9 (penalti ilə). Ayase Ueda, 89

00:00. "Real Madrid" (İspaniya) - "Zaltsburq" (Avstriya) - 5:1
Qol: Rodriqo, 23; 34. Kilian Mbappe, 48. Vinisius Junior, 55; 77 - Mads Bidstrup, 85

00:00. "Sparta" (Çexiya) - "İnter" (İtaliya) - 0:1
Qol: Lautaro Martines, 12

00:00. "Arsenal" (İngiltərə) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 3:0
Qollar: Deklan Rays, 2. Kay Haverts, 66. Martin Edeqor, 90+1

00:00. "Seltik" (Şotlandiya) - "Yanq Boyz" (İsveçrə) - 1:0

Qol: Loris Benito, 86

İstifadə olunmamış penalti: Arne Engels, 41 ("Seltik)

Qırmızı vərəqə: Dayzen Maeda, 88 ("Seltik")

Qeyd edək ki, turun ilk 9 matçı yanvarın 21-də keçirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər