Ötən il Avropa İttifaqı ölkələrindən 4 196 Gürcüstan vətəndaşı deportasiya edilib.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin hesabatından bildirilib.
Sənədə əsasən, həmin şəxslərin 2 445-i kişi, 685-i isə qadındır.
2024-cü ildə Gürcüstan vətəndaşlarının deportasiyaya ən çox məruz qaldığı ölkə Almaniya (2 543 nəfər) olub. Fransadan 710 nəfər, Yunanıstandan 201 nəfər, İsveçrədən 148 nəfər, İtaliyadan 92 nəfər, Polşadan 91 nəfər, İspaniyadan isə 58 nəfər Gürcüstan vətəndaşı çıxarılıb.
Gürcüstan readmissiya sazişinə əsasən deportasiya edilən 21 nəfərin vətənə qayıtmasına icazə verməyib.