Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanmasına dair qanun layihəsi parlamentdə təsdiqlənəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın hakim partiyasının parlament fraksiyasının rəhbəri Artur Ovannisyan bildirib.
“Parlamentdənkənar tərəfdaşlarımızın təşəbbüsü hökumətə çatıb və hökumət bunu təsdiqləyib. Biz siyasi komandayıq və parlamentin həmin layihəni təsdiqləməsi məntiqli olardı. Fraksiya hələ qərar verməyib, ona görə də mən indi qərardan danışmıram, məntiqdən danışıram və hesab edirəm ki, layihə təsdiq olunacaq. Onu rədd etmək üçün heç bir maneə görmürük”, - fraksiya rəhbəri bildirib.
Xatırladaq ki, sözügedən layihə yanvarın 9-da Ermənistan hökuməti tərəfindən təsdiqlənib. İrəvanın qərarı Rusiya tərəfindən sərt təpki ilə qarşılanıb.