ABŞ-nin yeni Prezidenti Donald Tramp müsahibəsində bildirib ki, sələfi Co Baydenlə bağlı araşdırma aparmağın məqsədəuyğun olub-olmadığına Konqres qərar verəcək.
Teleqraf.com xəbər verir ki, Tramp jurnalistin sualının cavabında belə deyib.
ABŞ Prezidenti "Fox News" telekanalına açıqlamasında bildirib: "Bu məsələni Konqresin ixtiyarına buraxaq". Tramp əlavə edib: "Bayden hamını əfv elədi, amma özünü əfv edə bilmədi".
Tramp onu da deyib ki, "bütün pullar Baydenə gedirdi". Lakin prezident söhbətin hansı pullardan getdiyini söyləməyib.