23 Yanvar 22:15
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Nazirlər Kabinetinin tələbə və müəllimlərin səfərbər edilməsinə icazə verən qərarına dəyişiklik ediləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə respublikanın təhsil naziri Oksen Lisovyi məlumat verib.

“Möhlət hüququ olan tələbələrin, aspirantların, alimlərin, elmi-pedaqoji heyətin, təhsil işçilərinin səfərbərliyi nəzərdə tutulmayıb”, - deyə rəsmi bildirib.

Onun sözlərinə görə, dövlət sənədlərində yarana biləcək hər hansı ziddiyyətlər ölkənin qüvvədə olan səfərbərlik haqqında qanunu ilə tənzimlənəcək.


Müəllif: Arzu

Oxşar xəbərlər