18:25
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Gürcüstan tərəfindən yeni tərkibi təsdiqlənib.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bununla bağlı Gürcüstanın Baş naziri İrakli Kobaxidze qərar imzalayıb.

Sənədə əsasən, baş nazirin həmsədrlik etdiyi komissiyanın üzvlərinin sayı 46 nəfər təşkil edir.

Üzvlər arasında Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri Maka Boçorişvili, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili, mədəniyyət naziri Tinatin Ruxadze də yer alıb.

L.Davitaşviliyə həmçinin komissiyanın Gürcüstan tərəfindən həmsədrinin müavini vəzifəsi həvalə olunub.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər