ABŞ prezidenti Donald Tramp tezliklə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcəyinə və Ukraynadakı münaqişəyə son qoyulacağına ümid etdiyini bildirib.
Teleqraf.com xəbər verir ki, o, bunu Davosda keçirilən Dünya İqtisadi Forumundakı video-çıxışında deyib.
"Bir şey çox vacibdir. Mən prezident Putinlə tez bir zamanda görüşmək və bu müharibəyə son qoymaq imkanı əldə etmək istəyirəm", - o qeyd edib.