14:47
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 13-də Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal edilən balıqçılar - 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlunun axtarışları davam etdirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda vətəndaşların axtarışları Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.

***

13:09

Balıq tutmaq üçün Xəzərin Lənkəran rayonu sahillərindən dənizə çıxan və itkin düşən şəxslərin axtarışları davam etdirilir.

Teleqraf.com-un Cənub bürosu xəbər verir ki, rayonun Siyavar kənd sakinləri - 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasovdan 10 gündür heç bir xəbər yoxdur.

N.Abbasovun qardaşı İsmayıl Abbasov bildirib ki, hava şəraitinə görə itkin balıqçıların axtarışlarında bir neçə gün fasilə verilmişdi: “Çünki dənizə çıxmaq olmurdu. Bu gün yenidən axtarışlar başlanıb, dənizdə sahil-mühafizə hissəsinin gəmiləri, o cümlədən Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunub”.

N.Abbasovun sözlərinə görə, bu günə hər iki balıqçının ailəsi Prezident Administrasiyasına, Daxili İşlər Nazirliyinə, Xarici İşlər Nazirliyinə, İranın Azərbaycandakı səfirliyinə, Azərbaycanın Təbrizdəki Baş Konsulluğa rəsmi müraciət edib: "Bu gün Təbrizdəki Baş Konsulluğumuzdan cavab alınıb ki, balıqçılardan biri Rusiya vətəndaşı olduğu üçün Rusiyanın Azərbaycandakı səfirliyinə də müraciət olunmalıdır. Həmin ailənin üzvləri Bakıdakı Rusiya səfirliyinə gedəcək və onlara ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, M. İbayev və N.Abbasov yanvarın 14-də itkin düşüblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər