14:40
409
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya da daxil olmaqla, hamı Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Rusiyadan başlayaraq hamı Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, amma mən artıq o müzakirələrə girmək istəmirəm”, - qurum rəhbəri jurnalistin ermənilərin niyə Qarabağdan getmələri barədə sualını cavablandırarkən bildirib.

Qriqoryan təfərrüatlı danışmadan ermənilərin Qarabağı (könüllü) tərk etmələrinin bir çox səbəblərinin olduğunu qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər