23 Yanvar 22:22
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp 50 mindən çox dövlət işçisini ixtisara sala bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə "The New York Times" yazır.

Nəşrə müsahibə verən ekspert hesab edir ki, “F" fərmanı 50 min və ya daha çox adamın işdən çıxarılmasına səbəb ola bilər.

Qeyd edək ki, daha öncə Tramp administrasiyası ABŞ Ədliyyə Nazirliyinin 15-dən çox təcrübəli əməkdaşını ixtisar edib.

Ötən gün ABŞ prezidenti federal hökumət qurumlarının nəzdində fəaliyyət göstərən fərqlilik, bərabərlik və inklüzivlik şöbələrinin bütün işçilərini ödənişli əsaslarda məzuniyyətə göndərən fərman imzalayıb.


Müəllif: Arzu

Oxşar xəbərlər