ABŞ prezidenti vəzifəsinin icrasına başlayandan sonra Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə sülh danışıqları naminə təzyiqləri gücləndirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Amerikanın “The Hill” nəşri məlumat yayıb.
Nəşr bildirir ki, Tramp Ukraynada müharibəyə son qoymaq üçün Putinə hələki tənqid etməklə təzyiq göstərir. Yaxın gələcəkdə təzyiqlərin daha da güclənəcəyini proqnozlaşdırmaq olar.
Tramp Ağ Evə qayıtdıqdan 48 saat sonra bəyan etdi ki, əgər Putin sülhə razı olmasa, ABŞ Rusiyaya qarşı görünməmiş sanksiyalar tətbiq edəcək. Trampın bu açıqlaması Kremldə dərin məyusluq doğurub. Moskva yeni prezidentin Rusiyaya qarşı daha mülayim mövqe tutacağını proqnozlaşdırırdı.