10:10
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin Türkiyəyə qarşı planı illər sonra üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, Suriyanın keçmiş baş naziri Riyad Fərid Hicab 2012-ci ildə qoşunların Türkiyə sərhədindən çıxarılmasından sonra Əsədlə məsələ ilə bağlı uzun sürən görüşünün təfərrüatlarını ilk dəfə açıqlayıb.

Əsədin Türkiyəyə qarşı PKK/YPG terror təşkilatı ilə əməkdaşlıq etdiyini etiraf edən Hicab Suriyanın keçmiş liderinin qoşunlar geri çəkilərkən ağır silahların təşkilata verilməsi üçün əmr verdiyini bildirib.

“Bəşər Əsədlə görüşmək üçün parlamentin sədri və güc strukturlarının rəhbərləri ilə birlikdə Prezident Sarayına gedəndə onlar da dediyim vəziyyətin şahidi oldular. Bu, müxtəlif mövzuların müzakirə olunduğu çox uzun bir görüş idi.

Görüşdə ondan soruşdum ki, bölgədəki hərbi məntəqələr, ağır silahlar, hərbi texnika niyə PKK-ya təhvil verilib?

Bəşərin cavabı belə oldu:

“Onlar (PKK) bizim müttəfiqimizdir. Keçmişdən bu günə qədər onlardan çox faydalanmışıq. Kürdləri nəzarətdə saxlamaq və Suriyanın hər yerində nümayiş və aksiyalarda iştirak edənlərin qarşısını almaq üçün onlara da ehtiyacımız var. Ərəbləri də buna görə nəzarət altında saxlamalıyıq. PKK bizə lazımdır ki, Türkiyəni kürəyindən bıçaqlasın”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər