Türkiyə və Azərbaycanla kommunikasiyaların bərpa edilməsi regional sabitliyin mühüm təminatı olacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici Kəşfiyyat Xidmətinin hesabatında deyilir.
Hesabatda qeyd edilir ki, bölgədə nəqliyyat yollarının açılması Ermənistanın sülh gündəliyinin tərkib hissəsidir.
“Türkiyə və Azərbaycanla marşrutlar və tranzit imkanlarının tam açılması regional sabitliyin mühüm təminatı olmaqla yanaşı, həm də mövcud geosiyasi və regional reallıqları nəzərə alaraq, regionumuzu Avrasiya materikinin mərkəzində mühüm və təhlükəsiz logistikalardan birinə çevirmək üçün real imkana malikdir”, - qurum bildirir.